"Sumqayıt" futbol komandası baş məşqçi Saşa İliçlə razılaşıb.
Mia.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.