"Antalyaspor"un baş məşqçisi postunan İstefa verdikdən 8 gün geri dönən Emre Belözoğlu klubun yaranmasının 59-cu ildönümünə həsr olunmuş mərasimə qatılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, mərasimdən əvvəl aparılan danışıqlardan sonra komandada qalmağa, daha dəqiqi, geri dönməyə qərar verib. 

Belözoğlu bundan sonra mərasimə qatılaraq azarkeşlərə dəstəklərinə görə təşəkkür edib: ""Antalyaspor"un 59-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Ayrılma qərarımda da qeyd etdiyim kimi, bu ailənin bir parçası olmaq mənim üçün hər zaman qürur mənbəyi olub. Bu gün bu qürurla yanaşı, ən önəmlisi azarkeşlərimizin göstərdiyi mehribanlıqdır...".

Emre yeni mövsümə daha böyük iddialarla başlayacaqlarına söz verib.

Fərid ASLAN
MİA.AZ