Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır(qafqazinfo).
Mia.az-ın əldə etdiyi məlumata görə, hadisə Mərdəkan qəsəbəsindəki "Golden Beach" istirahət mərkəzində baş verib.
MİA.AZ