Bakının Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.

Məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.

***

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə “Lyuk”a düşən kişinin kimliyi məlum olub.

Mia.az xəbər verir ki, ehtimal olunur ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb.

Ərazidə işləyənlər isə bildirir ki, kanalizasiya quyusu illərdir bu küçədədir.

İtkin düşən gəncin yaxınları deyir ki, Cümşüd Cümşüdlü  srağagün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb. Ondan sonra Cümşüddən xəbər ala bilməyib polisə müraciət ediblər.

Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bilinir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: