"Avropanin qismən inkişaf etmiş ölkələrində gedib təhsil almaq məsələnin həlii deyil".

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O, daha sonra SOCAR-ın "Azəriqaz" İB-nin rəhbərliyinə üz tutaraq sahə üzrə təcrübəyə malik və peşəkar işçilərin diliylə onları sual yağışına tutub: 

"İşçilər soruşur ki:

- Ştat cədvəlini təsdiq və tətrib edən şəxs. Siz heç hər hansı bir rayon qaz xidmət sahəsində 1 il də olsa işləmisinizmi? (Yerİ gəlmişkən, belə irəli çəkilmiş təcrübəsiz məmurları el arasında "dibçək məmurlar" adlandırırlar - MİA.AZ) 

- Və ya "Azəriqaz" İB də işlədiyin dövr ərzində hər hansı bir rayona iş prinspini öyrənməkdən ötrü ezam olunmusuzmu?

Əminəm ki, yox. Əgər siz orda olsaydiniz 18.000, 20.000 abonenti olan bir rayon qaz istismar xidmətinə 1 ştat vahidi sayğac əməliyyatları xidmətinin rəisi, 1 ştat vahidi mühəndis təsdiq etməzdiniz və səsinizi cixardardinız.

Siz necə bu işə qol qoymusuznuz ki, Regional qaz istismarı idarəsdə, yəni baş idarədə Kommersiya şöbəsi 15 mühəndis, Sayğacların idarə olunması və metrologiya şöbəsində 8 mühəndis ştatları təsdiq olunub. Onlar nə işə baxacaq? Hamisi yetim 1 ştat vahidi olan rayon mühəndisinə göstərişmi verəcək?!

Nə qədər ki,gec deyil düşünün!".

Samir MUSAYEV
MİA.AZ