HƏMAS ABŞ rəhbərliyi ilə görüşlə bağlı diqqətçəkən mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mesajda atəşkəs və Qəzzaya giriş-çıxşın açılması, humanitar yardımların buraxılması istiqamətində irəliləyişə nail olmaq üçün ABŞ-İsrail ikili vətəndaş girov hərbçinin sərbəst buraxılacağı qeyd olunub.

O da xüsusi vurğulanıb ki, vasitəçi ölkələrin təşəbbüsü ilə ABŞ rəsmiləri intensiv danışıqları davam etdirməyə hazırdırlar: "Biz müharibəni bitirmək üçün bütün ciddi səylərlə açıq olmaqla, qarşılıqlı razılıq əsasında əsirlərin mübadiləsi və Qəzzanın idarəçiliyini müstəqil, peşəkar bir quruma təhvil verməyə hazırıq..."

HƏMAS yetkiləri daha sonra  Türkiyəyə, eləcə də vasitəçi ölkələr - Qətər və Misirə proses boyu göstərdikləri səylərə görə təşəkkür edib.

Tahir Şəlvəli

MİA.AZ