ABŞ İranın enerji infrastrukturuna zərbə planını 5 günlük təxirə salıb.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın özü açıqlama verib.
O iddia edib ki, buna səbəb İranın onlarla razılaşmaq istəyidir: "İran bizimlə danışıqlar aparır. Çox ciddi irəliləyişlər var. Onlar anlaşma istəyir. Qarşıdakı 5 gün içində bu, baş verə bilər”.
Maraqlı burasıdır ki, Trampın bu bəyanatının mürəkkəbi qurumamış İran prezidenti Məsud Pezeşkian danışıqlarla bağlı iddianı rədd edib: "İran ABŞ-la hər hansı danışıq aparmaq istəmir. Tramp bu cür açıqlamalarla dünyada sürətlə artan enerji bahalaşmasının qarşısını almağa çalışır. ABŞ-la hər hansı bir gizli və ya açıq danışıq aparılmır".
Firudin Səfərli
MİA.AZ