"Biz İrana hücumda böyük uğur qazandıq. İranın hazırda lideri yoxdur, onlar indi razılaşma istəyirlər".
Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, İrana qarşı müharibədə müdafiə naziri Pit Heqsetin xüsusi plamnları müstəsna rol oynayıb: "Buna görə Pitə təşəkkür edirəm, o, həqiqətən inanılmaz bir iş gördü..."
Tramp İranın nüvə silahına sahib olmamağa razı olduğunu da sözlərinə əlavə edib: "Biz danışıqlar aparırıq. Cared, Vitkoff, Rubio, Vens və bir neçə başqası. Onlar razılaşma əldə etmək istəyirlər. Biz Tehranda sərbəst hərəkət edirik, orada istədiyimizi edə bilərik. Biz onların bütün liderliyini öldürdük. İndi yeni bir qrup var. Rejim dəyişikliyi var. Bu, həqiqətən də rejim dəyişikliyidir".
Tramp daha sonra iddia edib ki, İran rejimi onlara neft və qaz hədiyyə edib: "Bu gün bizə neft və təbii qazla bağlı çox dəyərli, əla bir hədiyyə verdilər".
Samir MUSAYEV
MİA.AZ