"Rusiya bizim təhlükəsizliyimizə ən böyük təhdiddir və bu, belə də qalmaqdadır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.
O bildirib ki, kansler seçildikdən sonra Fransadan sonra Varşavada Polşanın baş naziri Donald Tusk ilə görüşünün bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Bu vəziyyət Avro-Atlantik əlaqələri təhdid etməyə davam edir. Rusiya və Belarusun birbaşa qonşusu olan Polşa bu istiqamətdə xüsusilə həssas mövqedədir. Ona görə Rusiyaya qarşı kollektiv müdafiə imkanlarını tez və etibarlı şəkildə gücləndirməliyik. Çünki Rusiya dayanmır. Avropa İtifaqı ölkələri də buna qarşı tədbirlərini artırmalıdır".
Lamiyə Əhmədli
MİA.AZ