Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat açıqlayıb.
Bildirilib ki, təyyarə pilotu sağ-salamat paraşütlə yerə enə bilib: "Yerli vaxtla saat 11:00 radələrində "F/A-18 Hornet" tipli döyüş təyyarəsinin Rovaniemi hava limanı yaxınlığındakı hərbi bölgəyə düşüb. Pilot sağ-salamatdır, hadisə yerində xəsarət alan olmayıb".
Tahir Şəlvəli
MİA.AZ