"Yəməndıki məsələnin İranla heç bir əlaqəsi yoxdur. Biz, sadəcə, ABŞ-a bölgədə nifaq, savaş yaratmağa çalışmamağı tövsiyə edirik, çünki o zaman İran Amerika təyyarəsinin Qırmızı dənizdə gəmidə vurulmasına görə məsuliyyət daşımayacaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Əziz Naserzadə ABŞ-ın Tehranı vuracağı haqda tez-tez təhdidinə cavabda deyib.

İran dövlət televiziyasına danışan Əziz Nasserzadə bildirib ki, ölkəyə qarşı istənilən hücum ABŞ-ın bölgədəki bazaları və "maraqları"na güclü əks zərbə ilə qarşılanacaq: "Yəməndəki husilər müstəqil davranır, öz qərarlarını verir. Dediyim kimi, onlarınABŞ gəmilərii vurmasının İranla heç bir əlaqəsi yoxdur. Bəyan edirik ki, bu məsələni bəhanə edib İranı hədələmək və ya bizə hücum qəbulolunmazdır. İran müharibəyə başlamayıb, başlamayacaq da. Ancaq əgər İrana hücum olarsa və ya müharibə elan olunarsa, sərt cavab sözsüz ki, verəcəyik. Əgər bu müharibə ABŞ və ya sionist rejim - İsraildən qaynaqlanırsa, İran onlara, bazalarına və bölgədəki bütün hədəflərinə zərbələr endirəcək. Təkrar edirik, İran bölgədəki qonşularını dost hesab edir. Qonşu ölkələrlə düşmənçiliyimiz yoxdur və aramızda qardaşlıq hökm sürür, lakin İrana hücum olacağı təqdirdə region ölkələrindəki Amerika bazaları da hədəfimiz olacaq".

ABŞ Müdafiə naziri Pete Hegsez İranın bu təhdfidinə çox sərt reaksiya verib. O, İranın "ağıllı olun" ismarcını lağa qoyub: "Husilərlə nə etmək istədiyinizi və buna bizim necə zərbə endirdiyimizi dəqiq bilirsiniz. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun da nəyə qadir olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edirəm, əks halda nəticələri bizim seçdiyimiz vaxt və yerdə yaşayacaqsınız".

Tahir Şəlvəli
MİA.AZ