İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.
"The Times of Israel" qəzeti xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
"Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir", - Dəftərxananın məlumatında deyilir(Report)
Qeyd edək ki, səfər 7-11 may tarixlərində nəzərdə tutulmuşdu.