Bu gün İranın şərqindəki Rəzəvi Xorasan əyalətinin Roşthar rayonunda zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, episentri Rəzəvi Xorasan əyalətinin Roşthar rayonu olan 5 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə gerçəkləşib

İlkin məlumata görə, dağıntılar var və 23 nəfər yüngül xəsarət alıb.

Tahir Şəlvəli
MİA.AZ