Donald Tramp ABŞ və Ukrayna arasında imzalanan iqtisadi tərəfdaşlıq sazişini Kiyevə təhlükəsizlik zəmanəti sayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Tramp "News Nation"da açıqlamasında deyib.
Tramp bildirib ki, Ukrayna ilə çox vacib və mühüm saziş imzalanıb: "Ukraynanın təbii sərvətlərini inkişaf etdirmək üçün yeni imzalanmış iqtisadi tərəfdaşlıq Kiyevin Rusiyaya qarşı müharibəsində həm də təhlükəsizlik zəmanəti rolunu oynayacaq. Mən hələ daha əvvəldən - Romada Ukrayna prezidenti Vladimir Zelenskiyə dedimki, əgər biz sazişi imzalasaq, sizin güvənliyiniz zamənətə alınacaq. Ona görə də onu tez imzalayın.Çünki Rusiya daha böyük və daha güclüdür. Rusiya sürətlə irəliləyir, o, böyük və qüdrətli bir ölkədir. Yeri gəlmişkən, ancaq ABŞ qədər güclü deyil”.
Tramp razılaşmanın Rusiyaya mane” olub-olmayacağı barədə suala belə cavab verib: "Bəli, ola bilər. İndiki məqamda razılaşmanın əsas məqsədi bu günə qədər Ukraynaya göstərdikləri hərbi yardımın dəyərini kompensasiya etməkdir".
Lamiyə Əhmədli
MİA.AZ