ABŞ Yəmənin Amran və Səna şəhərlərini bombardman eləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə televiziyası məlumat yayıb.
Qeyd edilib ki, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib.
Telekanal itkilr barədə informasiya verməyib.
Xatırlaadq ki, Husilər bundan əvvəl İsrailin işğal altındakı Askalan bölgəsində ABŞ-ın təyyarədaşıyan USS Harry S. Truman gəmisi və və digər hədəflərinə hücum etdiklərini bəyan etmişdi.
Tahir Şəlvəli
MİA.AZ