Ölkəmizədki elektrik kəsilməsinin səbəbini bilmirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İspaniyanın baş naziri Pedro Sançes ölkədə günorta saatlarından sönən işıqla bağlı suala cavabda deyib.
O bildirib ki, hələlik bu kəsilmənin səbəbləri ilə bağlı dəqiq məlumata sahib deyillər: "Heç bir fərziyyəni istisna etmirik, kəsilmənin səbəblərini öyrənəcəyik. Fakt budur ki, 5 saniyə içində ölkənin 60 faizlik hissəsinin elektriki yox oldu. Bu, dərin araşdırma tələb edir"
Lamiyə Əhmədli
MİA.AZ