"İstanbuldakı zəlzələdə ölən, yaralanan və dağıntı yoxdur".

Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

AFAD-dan verilən açıqlamada saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələnin baş verdiyi xatırladılıb: "Zəlzələ İstanbul, Tekirdağ, Yalova, Bursa və Balıkəsirdə də güclü hiss olunub. İndiyədək hər hansı insan tələfatı və dağıntı ilə bağlı məlumat yoxdur"

Lamiyə Əhmədli
MİA.AZ