İstanbulun Silivri sahilində ard-arda güclü zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, 12.13-də 3.9 bal gücündən başlayan zəlzələ getdikcə güclənib.

Zəlzələ 6.99-7 kilometr dərinlikdə təkrarlanmağa başlayıb.

Daha sonra 12.50-də 6,2 baldan güclü zəlzələ baş verib. Əhali evlərdən küçələrə dağılışıb.

***

Məlumata görə, bu zəlzələlərdən sonra 4-5 bal güclərində silkələnmələr təkrarlanır. Ən çox silkələnmə isə Böyükçekmece tərəfdə olur.

***

Bakı vaxtilə təxminən saat 16.05-də İstanbulda 4.9 bal gücündə daha bir zəlzələ olub. NTV-nin məlumatına görə, belə sarsıntıların gün ərzində davam edəcəyi gözlənilir. 

Lamiyə Əhmədli
MİA.AZ