Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun vəziyyəti orta ağırdır.
Mia.az xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar(Report).
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.
Hər iki şəxsin sol ayağı amputasiya edilib.
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.