Kollegiya Adil İsmaylovla bağlı qərarını ləğv etdi

img

24-09-2019 [17:56]


"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov deyib.

O bildirib ki, bundan sonraki fəaliyyətini əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi ona ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcək:

"Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.

İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki, varsınız və mənimləsiniz. Eyni zamanda, vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxslərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!".


Digər xəbərlər
SON XƏBƏRLƏR