Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

img

27-08-2019 [10:49]


Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR