Prokurorluq Bakıda ana və qızının intiharı ilə bağlı açıqlama yaydı

img

14-06-2019 [16:45]


Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı