Milli gəlirə görə Azərbaycan Gürcüstan və Ermənistandan geridə qaldı - Ekspertdən şərh

img

13-01-2019 [11:29]


"2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu".
Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. 

O bildirib ki, proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur: 

"Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan "Qlobal iqtisadi perspektivləri"ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq. Adambaşına düşən ÜDM göstəricinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq. Daha ətraflı məlumat üçün şəkil bölməsində təqdim olunmuş cədvəllərə baxa bilərsiniz.

Azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin, yalançı inkişaf nağıllarının acınacaqlı nəticəsidir".

Görüntünün olası içeriği: yazı




Digər xəbərlər
SON XƏBƏRLƏR