16-08-2017 [13:00]
Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən "Château de Bordeneuve” şirkəti Azərbaycanda "Caspian Crystal” LLC şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda "Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Fransa şirkətinin yaydığı press-relizdə bildirilir. Orada qeyd olunur ki, "Caspian Crystal” Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir.
Châteaux Bordeneuve & Collections şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində "Collection Privée” və "Baron de Sigognac” markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq.
"Bizim məhsulların yüksək keyfiyyətini, qüsursuz, beynəlxalq və peşəkar imicini nəzərə alaraq biz əminik ki, uzunmüddətli və davamlı tərəfdaşlığa başlayırıq. Mən "Caspian Crystal” şirkətinə daha çox uğurlar arzu edirəm və onlara qəti özünəinamlarına görə təşəkkür bildirirəm”-direktor əlavə edib.
Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan "Caspian Crystal” şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.
"Caspian Cyristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – "Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. "Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.
Habelə "Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı "Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. "Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və "Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.
Hazırda "Gastronomy-1″, "Gastronomy-2″ və "Gastronomy-3″ mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal” - "Beluga”, "Salvador Dali”, "Lord”, "VİP”, "Velluto” və "Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
"Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda "Range Rover”, "Jaquar”, "Maserati” avtomobillərinin və "Dicati” motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors” şirkəti də "Caspian Crystal” holdinqə bağlıdır. "Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal” plazada yerləşir.
Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra "Caspian Crystal” şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir. Bəs şirkət hələ də Eldar Mahmudovun oğluna məxsusdurmu? Yoxsa Azərbaycan bazarına elit alkoqollar, elit qədəhlər, "Range Rover”lər və s. idxal edən şirkət hazırda başqa əllərə keçib?
Virtualaz.org bu suallarla şirkətin ofisinə zəng vurub, Anar Mahmudovun hələ də bu şirkətə rəhbərlik edib-etmədiyi ilə maraqlanıb. Telefon zənginə cavab verən əməkdaş bu suala cavab vermək istəməyib, "bizdə rəhbərlik və şirkətin sahibləri barədə hər hansı informasiyalar məxfidir” deyib. Eyni zamanda şirkətlə maraqlanmağımızdan təəcübləndiyini də gizlətməyib.
Qəzzada ölənlərin sayı 34 min 943-ə yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTOLAR
Prezident və birinci xanım Mamayı məscidinin açılışında - FOTOLAR
Taylandda qızmar hava: 61 nəfər ölüb
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
Ceyhun Bayramov Qazaxıstanda - XİN başçıları arasında 4 saatlıq görüş olub (FOTO) - YENİLƏNİB
Qırmızı bülletenlə axtarılan rusiyalı kriminal Antalyada tutulub
Türkiyədə Ali Məhkəmə sədrliyinə 36-cı dəfə seçki keçiriləcək - Namizədlərdən biri geri çəkilib
Prezident İlham Əliyev Qarabağ zonasında - Şuşanın ilk sakinləri ilə görüş + ÇIXIŞ (FOTOLAR) - Yenilənib
Bakı və Abşeronda hava şəraiti dəyişəcək
İstanbulda çörəyin qiyməti qalxıb - 31,25 faiz
Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi
Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Ali Koç cəzalandıırlıb
Deputat: "Növbədənkənar seçkilər olmaya da bilər" - "Partiya kimi namizəd kimi görəcəksə, o, seçkiyə gedəcək"
Sabunçu rayonunda əməliyyat: saxlanılan var
Koleclərə qeydiyyat başlayıb
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
Afrikanın daha bir ölkəsində epidemiya yayılır - 156 nəfər ölüb
“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
SABİQ REKTORA AĞIR CƏZA VERİLDİ: "O, məndən yazırdı..." - Qətl işi
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?
Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Azərbaycan nefti cüzi bahalaşıb
YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı
ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)
Dövlət qulluğuna imtahan keçiriləcək - Açıqlama
Belçikada telekanal "Eurovision"un yayımını kəsdi, İsraili qınadı: "Bu, bir həmrəylik aksiyasıdır"
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
Türkiyədə 7 polis saxlanılıb - “Qarson”un ifadəsi əsasında
YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
Saatlı Rayon Polis Şöbəsində daha bir dəyişiklik olub