Andrey Karlovun cənazəsini qarşılayanlar arasında Çavuşoğlu da olub –Moskvada

img

20-12-2016 [23:50]


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini aparan təyyarə Moskvanın Vnukovo hava limanında eniş edib.  

Təyyarənin göyərtəsində Karlovun həyat yoldaşının da olduğu bildirilir. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edirlər.   

Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu təyyarəni qarşılayanlar arasında olub.

"Nazir aeroportdadır, o, Ankaradan gələn təyyarəni şəxsən qarşılayır”, – deyə səfirlikdən "RİA Novosti” –yə bildirilib. 

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR