17-12-2015 [12:19]
Avropa İttifaqı və Avropa Şurasının "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda dəyirmi masa keçirilir.
APA-nın məlumatına görə, dəyirmi masa çərçivəsində bu gün "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi”, dekabrın 18-də isə "Gender bərabərliyi və media” mövzusunda sessiyalar keçiriləcək.
Bu gün keçirilən "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi” mövzusunda sessiyada çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, qurum həmişə Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verib. O xatırladıb ki, Avropa Şurasına üzv olan Azərbaycan ifadə azadlığı sahəsində də üzərinə müəyyən öhdəliklər götürüb: "Senzuranın yolverilməzliyi Azərbaycan qanunvericiliyində əksini tapıb. Azərbaycana yeni bir jurnalistika - internet jurnalistikası ayaq basıb. Əgər əvvəllər ictimai fikri telejurnalistika formalaşdırırdısa, indi bu missiyanı internet jurnalistikası öz üzərinə götürüb. Artıq dünyanın əksər ölkələrində ictimai fikir sosial şəbəkələrlə formalaşır. Jurnalistikanın gələcəyi onlayn jurnalistikadır”.
Azərbaycan xalqının şərqdə ilk demokratik respublika qurduğunu, qadınlara səsvermə hüququ verdiyini vurğulayan Ə. Amaşov Azərbaycanda qarşıya çıxan gender problemlərinin aradan qaldırıldığını söyləyib.
Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov bildirib ki, ifadə azadlığı və jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şərait olmadan demokratik cəmiyyətdən danışmaq mümkün deyil: "Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin sərbəst və azad fəaliyyət həyata keçirməsi istiqamətində fəal və ardıcıl siyasət həyata keçirilir. Bu gün iqtidaryönümlü, müxalifyönümlü və müstəqil media orqanları müxtəlif məsələlərlə bağlı sərbəst şəkildə fəaliyyət göstərir və ictimai rəyin formalaşmasında iştirak edir. Hansı siyasi mövqedən çıxış etməsindən, sosial statusundan asılı olmayaraq, jurnalistlər mövqelərini ortaya qoya bilirlər. Sosial şəbəkələrdə də bunu görmək olar. Bu gün fikirlərinə, yazılarına görə dövlət orqanları tərəfindən jurnalistlərə təzyiq, təqib yoxdur. KİV vətəndaş cəmiyyəti institutlarından biridir və dövlət də KİV-in fəaliyyətini belə qiymətləndirir, cəmiyyətin inkişafına xidmət edən təşəbbüsləri daim dəstəkləyir. Söz və ifadə azadlığının, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərindən biridir”.
Avropa Şurasının Azərbaycan ofisinin rəhbərinin müavini Teymur Malik-Aslanov "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsində məqsədin Azərbaycan qanunvericiliyini Avropa Şurası standartları səviyyəsində təkmilləşdirmək olduğunu nəzərə çatdırıb: "Media azadlığının qorunması digər insan hüquqlarının qorunmasında böyük əhəmiyyət kəsb edir. Gender bərabərliyi də kişi və qadınların hüquqlarının bərabərliyini əks etdirir. Layihə çərçivəsində keçirilən bu dəyirmi masada bu sahədə xarici və yerli peşəkar mütəxəssislər çıxış edəcəklər”.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı hər bir vətəndaşın informasiya almaq hüququna malik olduğunu vurğulayıb: "Azərbaycanda bu sahədə qanunvericilik təkmilləşdirilib. Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı da bu istiqamətdə təşəbbüslərdən biridir. Artıq 13-cü ildir ki, Azərbaycanda ombudsman təsisatı fəaliyyət göstərir, bu təsisat fikir və söz azadlığının təmin edilməsi sahəsində də səlahiyyətlərə malikdir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı aktiv fəaliyyət göstərir, 30 jurnalist təşkilatı söz və ifadə azadlığının təmin olunması istiqamətində ixtisaslaşıb. Azərbaycanda hər 100 nəfərdən 20-sinin kompüteri var. Genişzolaqlı internet istifadəçilərinin sayı 55 faizdir ki, bu da dünya göstəricilərindən 2 dəfə çoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdir. 9 milyon əhalisi olan Azərbaycanda 2,5 milyon insan sosial şəbəkələrdən istifadə edir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Azərbaycanda qanunların gender ekspertizasından keçirildiyini açıqlayıb: "Bu gün Bakı şəhəri də daxil olmaqla, Azərbaycan rayonlarında icra hakimiyyətlərində 79 qadın müavin var. Naxçıvanda mədəniyyət naziri vəzifəsinə qadın təyin edilib. Dövlət Komitəsi tərəfindən gender bərabərliyi və məişət zorakılığı ilə bağlı Milli Fəaliyyət Planı hazırlanıb, Avropa Şurasının tövsiyələri ardıcıl olaraq öyrənilir. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində 200-dən çox QHT fəaliyyət göstərir. Ancaq bu sahədə işlərin aparılmasına yenə ehtiyac var”.
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib