Pakistan XİN: “Qarabağda cərəyan edən hadisələri yaxından izləyirik”

img

15-10-2020 [22:45]


Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.

“Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycanın əsas ərazilərindəki mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir.

Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni mübarizələrində dəstəyimizi bir daha təsdiqləyirik” deyə bəyanatda qeyd olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA