"Nə dərəcədə rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki..." - Mehriban Əliyeva erməni təxribatı ilə bağlı dünya birliyinə səsləndi

img

15-10-2020 [22:21]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutmasına münasibət bildirib.

Mia.az xəbər verir ki, bu barədə o, rəsmi “Instagram” səhifəsində yazıb: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA