MN daha bir iddianı yalanladı: "Ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır"

img

15-10-2020 [17:14]


Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır: "Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA