Daha iki rayon mərkəzinə və bəzi kəndlərinə giriş-çıxış qadağan olundu - Hökumət qərar verdi

img

14-10-2020 [22:01]


Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA