Pompeo Qarabağdakı vəziyyətdən danışdı: "Bu sabah Trampla müzakirə apardıq, prosesi yaxından izləyirik" 

img

14-10-2020 [19:08]


“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiq qalır”.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat brifinqində deyib.

“Biz tərəfləri atəşkəslə bağlı götürdüyü öhdəliklərə sadiq qalmağa və mülki əraziləri hədəf almamağa çağırırıq. Bu sabah mən Prezident Trampla bu vəziyyət barədə danışdım. Baş verənləri yaxından izləyirik. ABŞ digər ölkələr kimi tərəflər arasında atəşkəsin bərpası ilə bağlı çağırış edib. Biz mülki itkilərlə ağlı məlumatlar əldə etdik. Diplomatik imkanlardan istifadə edirik ki, atəşkəs əldə edilsin və münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunsun”, - deyə M. Pompeo vurğulayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA