"Qarabağ"a rəqib komandada 12 futbolçu koronavirusa yoluxub

img

14-10-2020 [18:04]


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) komandasında son bir neçə həftədə koronavirusa kütləvi yoluxma halları baş verib.

"Sport1" nəşrinin məlumatına görə, indiyədək paytaxt təmsilçisinin 12 futbolçusunda infeksiya aşkarlanıb.

Analiz nəticələri müsbət çıxmış futbolçuların əksəriyyəti sağalaraq sıraya qayıdıb. Son olaraq, Ofir Davidzada və Den Bitton komanda ilə birlikdə məşqlərə başlayıb. Lakin onların I qrupunda ilk turun "Qarabağ"la oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR