MN: "Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir"

img

14-10-2020 [17:59]


"Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir. Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir".

Mia.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur: "Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA