Rusiya Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir

img

14-10-2020 [15:58]


Rusiya noyabrın 1-dən etibarən Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir.

Məlumata görə, bu barədə jurnalistlərə Koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.

Noyabrın 1-dən etibarən Serbiya (Moskva-Belqrad) və Kubaya (Moskva-Kayo-Koko, Moskva-Santa-Klara) həftədə iki reys, Yaponiyaya isə (həftədə iki dəfə Moskva-Tokio və bir dəfə Vladivostok-Tokio) həftədə üç reys yerinə yetiriləcək.

Bundan başqa, Rusiyadan İsveçrə, Maldiv adaları, BƏƏ və Belarusa uçuşların sayı artırılacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA