Ərdoğandan Qarabağla bağlı yeni mesaj: "ABŞ, Rusiya və Fransa hələ də baş qatırlar,  Rusiyadan, Fransadan Ermənistana silah-sursat gəlir"

img

14-10-2020 [14:29]


“Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır. Onlar ölkəmizdə mövcud olan hər cür imkandan istifadə edirlər. Biz onlara qarşı neqativ münasibət göstərməmişik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“Amma ermənilər mənim azərbaycanlı qardaşlarımın torpaqlarını işğal ediblər, azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələb yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikasından istifadə edirlər. Ortada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə qaytarmalıdır. Bir müzakirə 30 il müddətinə davam edə bilər? İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, mücahidləri guya Suriyadan Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik. Yaxşı, Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız? Vətən mübarizəsi aparan Azərbaycana Allahdan güc, qüvvət və zəfər arzulayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA