Şoyqu Azərbaycan və Ermənistan Müdafiə nazirləri ilə danışdı - Atəşkəslə bağlı müzakirə aparılıb

img

14-10-2020 [11:14]


Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyanla telefon danışığı olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA