Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atıb

img

13-10-2020 [18:20]


Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Məlumata görə, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə atəş açıb.

Bu gün ərzində ermənilər Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 455 top mərmisi atıb. Nəticədə 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, ermənilər tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA