Ərdoğan  Şarl Mişellə telefon danışığında: "Ermənistan Avropaya enerji tədarükü təhlükəsizliyinə təhdid yaradıb"

img

13-10-2020 [10:49]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı keçirib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə Prezidenti Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.

R.T.Ərdoğan bildirib ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan, əvvəlcə neft-qaz enerji xətlərinin və nəqliyyat marşrutlarının üzərində yerləşən Tovuz rayonuna, sonra Gəncə şəhərinə hücum etməklə Avropaya enerji tədarükü təhlükəsizliyinə təhdid yaradıb.

Danışıqlar zamanı tərəflər, həmçinin Türkiyə-Aİ münasibətlərini, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA