Trampın koronavirus testinin nəticələri açıqlanıb

img

13-10-2020 [09:33]


ABŞ Prezidenti Donald Trampın son dəfə koronavirus üçün verdiyi testlərin nəticələri mənfi olub.

TASS xəbər verir ki, bu barədə prezidentin həkimi Şona Konlinin Ağ Evin mətbuat katibi Keyli Makineniyə göndərdiyi cavabda bildirilib. 

Qeyd edək ki, ABŞ lideri müalicədən sonra seçki kampaniyası çərçivəsində ilk dəfə tərəfdarları ilə görüşmək üçün bazar ertəsi Florida ştatına gedib.

Xatırladaq ki, oktyabrın 2-də Tramp və həyat yoldaşının koronavirusa yoluxduğu aşkar edilmişdi. ABŞ prezidentinin müalicə müddətində bir neçə dəfə süni tənəfüs aparatından istifadə etdiyi bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA