Türkiyənin Müdafiə naziri: "Ermənistan həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək"

img

12-10-2020 [19:31]


“Ermənistanın atəşkəsi pozması yeni bir şey deyil. Ermənistan hər zaman insanlıq və müharibə cinayətinə yol verir”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Gəncəyə son hücumu ilə bağlı deyib.

Onun sözlərinə görə, Ermənistanın bu təcavüzkarlığı artıq adət halını alıb və onlara verilən dəstək onları hədsiz dərəcədə ərköyünləşdirib.

 “Ermənistan rəhbərliyi bu məsələdə çox özbaşınalığa yol verir. Onlar nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə hörmət edirlər. Təəssüf ki, Gəncəyə və digər bir çox yaşayış məntəqəsinə amansızcasına hücum etdilər və hücumlarına davam edirlər. Bu, həm də atəşkəsin pozulması deməkdir. Bir gün onlar həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”, - deyə H.Akar vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA