HULUSİ AKAR RUSİYA MÜDAFİƏ NAZİRİ İLƏ TELEFONDA DANIŞDI: "Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır!" 

img

12-10-2020 [17:13]


Bu gün Türkiyənin Milli  Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hulusi Akar Rusiya Müdafiə naziri ilə söhbətdə Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb: "Atəşkəsə baxmayaraq, Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir, buna son verilməli və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq".

Məlumata görə, tərəflər Qarabağla yanaşı, İdlib və Liviyadakı vəziyyəti də müzakirə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA