Qırğızıstanın sabiq Baş Naziri: "Azərbaycanın yanındayıq"

img

12-10-2020 [17:19]


2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Hörmətli Prezident Əliyev.

Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işğalı problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA