Azərbaycanda daha 122 nəfər koronavirusa yoluxub - Qərargah son məlumatı açıqladı

img

12-10-2020 [15:39]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bu gün COVID-də ölüm qeydə alınmayıb:

"İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3551, ötən müddət ərzində isə ümumilikdə 1 180 271 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA