AKAR: "Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil" - “Azərbaycan ərazilərini işğal edən barbar Ermənistan var"

img

12-10-2020 [15:31]


“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”.

Bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə faciəli şəkildə dinc əhalini qətlə yetirməyə davam etdilər”, - nazir bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA