Fransa və Rusiyadan Ermənistana silah göndərilir​​​​​​

img

12-10-2020 [12:16]


Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Bundan əvvəl virtualaz.org dəfələrlə Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşındığı barədə yazmışdı. Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.

Lakin virtualaz.org-a məlum olduğu kimi, Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.

Beləliklə, dünən axşam F-GKXY dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA