İmaməli Rahmon yenidən prezident seçildi

img

12-10-2020 [10:56]


Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

O qeyd edib ki, ilkin nəticələrə görə İ. Rahmon səslərin 90,92%-ni toplayıb.

Tacikistan Prezidentinin rəqibləri Miroc Abdulloyev, Rüstəm Lətifzoda, Rüstəm Rahmatzoda və Əbdüxəlim Qafforzoda olub.

Xatırladaq ki, İ. Rahmon 1992-ci ildən Tacikistan Respublikasının Prezidentidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA