Hikmət Hacıyevdən xəbərdarlıq: “Humanitar yardım altında Ermənistana raket sistemləri daşınır”

img

10-10-2020 [22:33]


"Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş korrupsioner "Atlantis Armenian Airlines" aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır”. 

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, bu, Çikaqo Konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının açıq şəkildə pozulmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA