Ermənistandan Mingəçevirə NATO kod adı "Scud" ballistik raketi buraxıldı: "S-300-lə havada vuruldu..." - VİDEO

img

10-10-2020 [19:02]


Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "Scud" olan ballistik raketi buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

O bildirib ki, hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib: "Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".

 

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA