Azərbaycanda daha 233 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

10-10-2020 [15:06]


Azərbaycan Respublikasında koronavirus infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, daha 106 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 41 min 752 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib. Aktiv xəstə sayı 1909 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 169 min 656 test aparılıb. Bugünkü test sayı isə 7594-dür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA