Düşmənin Xocalıdakı radilokasiya stansiyası da məhv edilib - MN məlumat yaydı + VİDEO

img

10-10-2020 [11:34]


Müdafiə Nazirliyindən verilən məlumata əsasən düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ordumuzun məhv eddiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur: "Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA